Xəbərlər


Gənc cüdoçuların respublika birinciliyi sona yetib

Fevralın 27-də Bakı İdman Sarayında start götürmüş  cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Əlli bir klubdan  276 cüdoçunun qatıldığı yarışda "Neftçi İdman Klubu”nun yetirmələri də bacarıqlarını nümayiş etdiriblər. Təmsilçilərimiz ölkə birinciliyinin 3 qızıl, 3 gümüş və 8 bürünc medalına sahib olublar. İdmançılarımızdan Davud Abbaslı (66 kq), Vüsal Şamilov (81 kq) və  Zelim Tckayev (90 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, "Neftçi İdman Klubu”nun cüdoçuları komanda hesabında ikinci yeri tutublar.