Xəbərlər


Xocalı soyqırımından 27 il ötür

 

Bu gün XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımından 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan edib.

Bu qanlı olay zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.

"Neftçi İdman Klubu” İctimai Birliyinin kollektivi Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət edib. Abidənin önünə tər güllər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Allah rəhmət eləsin!
Xocalı soyqırımından 27 il ötürXocalı soyqırımından 27 il ötürXocalı soyqırımından 27 il ötürXocalı soyqırımından 27 il ötür