Xəbərlər


Cüdoçularımız Düsseldorf “Böyük dəbilqə”sindən 4 medalla dönür

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə beynəlxalq "Böyük dəbilqə” turnirinə yekun vurulub. Yarışda 93 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.

Bu nüfuzlu yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunub. İdmançılarımız turnirdə böyük əzm nümayiş etdirərək 4 medala (1qızıl, 3 bürünc) sahib olublar.

Qürurverici haldır ki, bütün medalları ölkəmizə "Neftçi İdman Klubu”nun təmsilçiləri qazandırıblar. İdmançılarımızdan finala qədər maneəsiz irəliləyən Məmmədəli Mehdiyev (90 kq) həlledici görüşdə yaponiyalı Sanşiro Muraonu məğlub edərək "Böyük dəbilqə” turnirinin qalibi olub. Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medala layiq görülüblər.

Cüdoçularımız Düsseldorf “Böyük dəbilqə”sindən  4 medalla dönürCüdoçularımız Düsseldorf “Böyük dəbilqə”sindən  4 medalla dönürCüdoçularımız Düsseldorf “Böyük dəbilqə”sindən  4 medalla dönürCüdoçularımız Düsseldorf “Böyük dəbilqə”sindən  4 medalla dönür

Cüdoçularımız Düsseldorf “Böyük dəbilqə”sindən  4 medalla dönür