Xəbərlər


Parataekvondoçularımız açıq Afrika çempionatında uğurla çıxış ediblər

Misirin Hurqada şəhərində parataekvondo üzrə açıq Afrika çempionatı keçirilib. Yarışda 28 ölkədən 108 idmançı medallar uğrunda mübarizəyə qoşulub.

Paralimpiya milli komandamızı "Neftçi İdman Klubu”nun dörd yetirməsi təmsil edib. İdmançılarımız turnirdə uğurla çıxış edərək reytinq xallarını artırıblar. 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Müslümov K42 və K43 kateqoriyalarında iki qızıl medala sahib olub. Xanım paralimpiyaçılarımızdan Röyalə Fətəliyeva (K44, 49 kq) və Aynur Məmmədova (K44, +58 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olaraq gümüş medala layiq görülüblər.

Elimxan Manafov (K43, 61 kq) isə yarımfinalda mübarizəni dayandırıb.

Qeyd edək ki, klubumuzun yetirmələrindən təşkil olunmuş millimiz komanda hesabında üçüncü yeri tutub. Nicat Müslümov isə yarışın ən güclü idmançısı seçilib.