Xəbərlər


Güllə atıcılığı üzrə Bakı birinciliyi keçirilib

Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində gənclər arasında güllə atıcılığı üzrə paytaxt birinciliyinə yekun vurulub.

Klubumuzun təmsilçiləri də turnirdə bacarıqlarını nümayiş etdiriblər. Atıcılarımızdan Vladislav Kalmıkov 10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) 557 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız İmran Qarayev (541 xal) isə üçüncü yeri tutub.

Zəriflərin yarışında eyni məsafəyə atəşaçmada (PTÇ-2) Nəzrin Abbaslı 538 xalla Bakı çempionu adını qazanıb. Xanna Əliyeva (521 xal) isə paytaxt birinciliyinin bürünc medalına layiq görülüb.

Güllə atıcılığı üzrə Bakı birinciliyi  keçirilib