Xəbərlər


Kikboksçularımız ölkə birinciliyini 13 medalla başa vurublar

Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və qadınlar arasında kikboksinq üzrə respublika birinciliyi sona yetib. Kikboksinqin WAKO (Dünya Kikboksinq Assosiasiyasının) versiyası üzrə low-kick qaydalarına uyğun keçirilən yarışda paytaxt və regionlardan 500-ə yaxın idmançı qüvvəsini sınayıb.

"Neftçi İdman Klubu”nun yeniyetmə və gənc kikboksçuları turnirin 13 medalına (6 qızıl, 2 gümüş, 5 bürünc) yiyələniblər. Yeniyetmələr arasında Ayçin Yusifzadə (40 kq), Peyman Vəlizadə (67 kq), Elnur Qəşəmov (71 kq) və Məhəmməd Quluzadə (81 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu adını qazanıblar. Gənclərdən isə Sehran Baxşıyev (71 kq) və Elnur Eyvazov (91 kq) eyni uğuru təkrarlayıblar.

Qeyd edək ki, yeniyetmə kikboksinqçilər arasında keçirilən yarışlarda komanda hesabında ən yüksək nəticəni klubumuzun yetirmələri göstərərək birinci yeri tutublar.