Xəbərlər


Cüdoçumuz Avropa kuboku yarışında ikinci oldu

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turniri başa çatıb. Yarışda 25 ölkədən 488 idmançı medallar uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu, 73 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Vüqar Talıbov yalnız həlledici final mərhələsində məğlub olub və mötəbər turnirin gümüş medalını qazanıb.