Xəbərlər


Nazim Babayev beynəlxalq turnirin qalibi olub

"Neftçi İdman Klubu”nun atleti Nazim Babayev Fransanın Metz şəhərində keçirilən beynəlxalq elit turnirin qızıl medalına sahib olub. İdmançımız  üçtəkanla tullanma yarışında 16,67 metr nəticə göstərərək bu uğura nail olub.

 Qeyd edək ki, Nazim Babayev bu nəticə ilə Fransa təmsilçisi Mamadu Dia Çerifi (16,09 metr) və belaruslu atlet Dimitri Platinskini (15,87 metr) qabaqlayıb.