Xəbərlər


İrina Kindzerska Paris “Böyük dəbilqə”sində gümüş medal qazanıb

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinə yekun vurulub.

Doxsan yeddi ölkədən 570 cüdoçunun (334 kişi, 236 qadın) qalib adı uğrunda mübarizə apardığı mötəbər yarışda "Neftçi İdman Klubu”nun təmsilçisi İrina Kindzerska (+78 kq) yüksək nailiyyət əldə edib. Belə ki, Kamerun, Rusiya və Yaponiya idmançıları üzərində inamlı qələbə qazanan xanım cüdoçumuz finala vəsiqəni təmin edib. Həlledici görüşdə kubalı rəqibi İdalis Ortizə məğlub olan İrina "Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.

İrina Kindzerska Paris “Böyük dəbilqə”sində  gümüş medal qazanıb