Xəbərlər


“Qaradağ Lökbatan” ikinci dövrəyə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XIV turun oyunları keçirilib.

İkinci dövrənin ilk qarşılaşmasında "Qaradağ Lökbatan” komandası "Zaqatala” ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan matçın birinci hissəsində hesab açılmayıb. Fasilədən sonra futbolçularımız daha çox aktivlik nümayiş etdirərək üstünlüyü ələ alıblar. Belədə komandamıza qələbə gətirən qol özünü çox gözlətməyib. Oyunun 51-ci dəqiqəsində Rüfət Məmmədovun vurduğu qol Elçin Dərgahquliyevin yetirmələrinə qələbə qazandırıb. Bu, qarşılaşmada vurulan yeganə qol olub və "Qaradağ Lökbatan” növbəti üç xalını qazanıb.