Xəbərlər


Parataekvondoçularımız dünya çempionatını 3 medalla başa vurublar

Türkiyənin Antalya şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatı sona yetib.

Azərbaycan komandası mundialda 3 medala yiyələnib ki, onların da hamısını ölkəmizə "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıblar. Paralimpiyaçılarımızdan Nicat Müslümov (75 kq) yalnız həlledici final mərhələsində məğlub olub və gümüş medala layiq görülüb. Elimxan Manafov (75 kq) və Röyalə Fətəliyeva (49 kq) isə bürünc medala sahib olublar.