Xəbərlər


Samboçularımız Azərbaycan çempionatında uğurla çıxış ediblər

Fevralın 1-də Bakı İdman Sarayında startı verilmiş sambo üzrə respublika birinciliyi və çempionatına yekun vurulub. Yeniyetmələr (2001-2003), gənclər (1999-2000) və kişilər arasında təşkil olunan yarış gərgin mübarizələrlə yadda qalıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri böyük əzm nümayiş etdirərək turnirin 32 medalına (12 qızıl, 10 gümüş, 10 bürünc) sahib olublar. Yeniyetmələr arasında Sahib Babayev (48 kq), Nurlan İsmayılov (52 kq), Hacalı Qasımov (60 kq) və Rəvan İsgəndərli (87 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıblar. Gənclərdən Səməd Əliyev (52 kq), Mehman Mehdizadə (57 kq), Teymur Allahverdiyev (74 kq), Vüqar Ağcayev (82 kq), Aslan İbrahimov (90 kq), kişilər arasında isə Ağasif Səmədov (52 kq), Eyvaz Baxşıyev (57 kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura imza atıblar.