Xəbərlər


Güləşçilərimiz “Təxti kuboku”nda 2 medal əldə ediblər

İranın Əndimeşk şəhərində yunan-Roma güləşi üzrə "Təxti kuboku” beynəlxalq turniri keçirilib. Sayca 39-cu dəfə təşkil olunan ənənəvi yarışda İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin pəhləvanları mübarizə aparıblar.

Klubumuzun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçilərindən ikisi mükafata layiq yer tutub. İdmançılarımızdan 55 kiloqram çəki dərəcəsində çıxış edən Ziyad Zeynalov və Arif Niftullayev (97 kq) beynəlxalq turnirin bürünc medalına sahib olublar.