Xəbərlər


“Bos Şelf” yenə qalib oldu

"Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçiləri arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib. "Məşəl” İdman Kompleksində təşkil olunan yarışda səkkiz komanda mübarizə aparıb. "A” qrupunda "Abşeronneft” NQÇİ, "Bos Şelf” MMC, "28 May” NQÇİ, "SOCAR Petroleum” ASC, "B” qrupunda isə Heydər Əliyev adına Neft Emalı Zavodu, "Qaz İxrac” İdarəsi "Neftqaztikinti” Tresti, və Nəqliyyat İdarəsinin komandaları yer alıblar.

Gərgin mübarizə şəraitində keçən yarışda "Bos Şelf” və "Qaz İxrac” komandaları inamla çıxış edərək finala vəsiqə qazanıblar. Həlledici görüşdə daha üstün oyun nümayiş etdirən "Bos Şelf” komandası rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, "Bos Şelf” MMC-nin komandası turnirin qalibi adını qazanıb. "Qaz İxrac” İdarəsi 2-ci, "SOCAR Petroleum” ASC-nin komandası isə 3-cü yeri tutub.

Qalib və mükafatçı komandalara "Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.