Xəbərlər


Cüdoçularımız İsraildən 2 medalla dönür

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə beynəlxalq Qran-pri turnirinə yekun vurulub. 53 ölkədən 373 cüdoçunun qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçib.

Azərbaycan millisi turniri 2 medalla başa vurub ki, onların da hər ikisini ölkəmizə "Neftçi İdman Klubu”nun təmsilçiləri qazandırıblar. Cüdoçularımızdan ən yüksək nəticəni İrina Kindzerska (+78 kq) göstərib. İdmançımız ardıcıl olaraq fransalı Laura Fuseau, litvalı Sandra Yablonskyte və sloveniyalı Anamari Velenşeki məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada ukraynalı Yelizaveta Kalanina üzərində inamlı qələbə qazanan İrina Kindzerska mötəbər turnirin qızıl medalına sahib olub. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev isə bürünc medala layiq görülüb.