Xəbərlər


Gənc cüdoçuların açıq Bakı birinciliyi başa çatıb

"Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında keçirilən cüdo üzrə açıq Bakı birinciliyi sona yetib. İki gün davam edən paytaxt birinciliyində 28 komandanın heyətində 277 cüdoçu (247 oğlan, 30 qız) qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yetirmələri yarışın 12 medalına (2 qızıl, 3 gümüş, 7 bürünc) sahib olublar. Gənc cüdoçularımızdan 66 kiloqram çəki dərəcəsində çıxış edən Adil Osmanov və Ülviyyə Bayramova (57 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.