Xəbərlər


“Neftçi İdman Klubu”nun növbəti seminarına yekun vurulub

Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının konfras zalında klubumuzun təşkilatçılığı ilə keçirilən futbol məşqçilərinin növbəti seminarı başa çatıb. Dörd gün davam edən seminarın keçirilməsində əsas məqsəd "Yeniyetmə və gənc futbolçuların inkişafında güc məşqlərinin rolu və yeri”, eləcə də digər mövzularda müzakirələrin aparılması idi.

"Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov tədbir iştirakçılarına bu haqda geniş məlumat verdi. Ardınca o, uşaq futbolunun əhəmiyyətindən söhbət açaraq, onlar arasından istedadların üzə çıxarılması və qorunması barədə də fikirlərini çatdırdı.

AFFA-nın Hakim və İnspektorlar Komitəsinin nümayəndəsi Elçin Məmmədov isə seminar iştirakçılarına oyun qaydalarında olan yeniliklər haqda ətraflı məlumat verdi və məşqçilərin müxtəlif suallarını cavablandırdı.

“Neftçi İdman Klubu”nun növbəti  seminarına yekun vurulub“Neftçi İdman Klubu”nun növbəti  seminarına yekun vurulub“Neftçi İdman Klubu”nun növbəti  seminarına yekun vurulub“Neftçi İdman Klubu”nun növbəti  seminarına yekun vurulub
“Neftçi İdman Klubu”nun növbəti  seminarına yekun vurulub
“Neftçi İdman Klubu”nun növbəti  seminarına yekun vurulub