Xəbərlər


Samboçularımızdan 6 medal

Abşeron Olimpiya İdman Kompleksində 2001-2002-ci illər təvəllüdlü samboçular arasında Bakı birinciliyi keçirilib. Turnirdə 10 çəki dərəcəsi üzrə 137 idmançı yarışıb.

"Neftçi İdman Klubu”nun yeniyetmə samboçularından altısı mükafatçılar arsında yer alıb. Onlardan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəvan Rüstəmli, Ağani Məmmədov (75 kq) və Rəvan İsgəndərli (87 kq) bütün rəqiblərini məğlub edərək paytaxt birinciliyinin qalibi adını qazanıblar. Mustafa Budaqov (52 kq), Hacalı Qasımov (60 kq) və Əli Novruzlu (+87 kq) isə gümüş medala layiq görülüblər.