Xəbərlər


Güllə atıcılarımız Bakı çempionatında mübarizə aparıblar

Yanvarın 7-də startı verilmiş güllə atıcılığı üzrə paytaxt çempionatı sona yetib. Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 50-yə yaxın idmançı bacarığını nümayiş etdirib.

Turnirdə 10 metr məsafəyə pnevmatik tapançadan (PTÇ-3) atəşaçma yarışında klubumuzun yetirmələrindən Ruslan Lunyov 576 xal toplayaraq qızıl medal qazanıb. Elvin Astanov (563 xal) isə 2-ci yeri tutub.

Zərif cinsin nümayəndələri arasında pnevmatik tapançadan (PTÇ-2) eyni məsafəyə atəşaçmada Zeynəb Abbasova 542 xalla bürünc medala yiyələnib.