Xəbərlər


Atletika üzrə paytaxt çempionatı keçirilib

Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə Bakı şəhər çempionatı başa çatıb. Yarışlarda 100-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

 

Klubumuzun atletlərindən Zəkiyyə Həsənova qadınlar arasında 200 metr məsafəyə qaçışda finişə ən tez çatıb və qızıl medala yiyələnib. Qızlar arasında təşkil olunan qaçış turnirində də Zəkiyyə Həsənova (60 metr) eyni uğura imza atıb.

Kişi atletlərin mübarizəsində Zeynal Miskərli 60 metr məsafənin qətində, Nazim Babayev isə üçtəkanla tullanma yarışında paytaxt çempionu adına sahib olub.