Xəbərlər


Cüdoçularımız respublika birinciliyinin qalibi olublar

"Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda 80 komandadan 612 idmançı medallar uğrunda mübarizə aparıb.

Birincilikdə "Neftçi İdman Klubu”nun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər. Cüdoçularımız əzmlə mübarizə apararaq yarışın 13 medalına (5 qızıl, 8 bürünc) sahib olublar. Onlardan 50 kiloqram çəkidə çıxış edən İsmayıl Qənbərli, Vüqar Talıbov (73 kq), Adil Adilzadə (81 kq), Aydan Vəliyeva (36 kq) və Merve Azak (44 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıblar.

Ümumi komanda hesabında ən yaxşı nəticə göstərən "Neftçi İdman Klubu” birinci yeri tutub. "Cüdo 2012" klubu ikinci, Balaxanı Olimpiya İdman Kompleksinin komandası isə üçüncü olub.

Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyində medala layiq görülmüş idmançılar milli komandanın heyətinə cəlb olunacaqlar.