Xəbərlər


Yeniyetmə atletlərimiz paytaxt birinciliyində

Respublika Olimpiya Mərkəzində 2002-2003-cü illər təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri nüvəitələmə yarışında 2 medala sahib olublar. Xanım atletlərimizdən Könül Əliyeva 8,90 metr nəticə göstərərək gümüş medal qazanıb. Aysun Əhmədova isə 6, 85 metr nəticə ilə paytaxt birinciliyini 3-cü yerdə başa vurub.