Xəbərlər


Boksçumuz Xantı-Mansiyskdən bürünc medalla dönür

Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin XVI Dünya Kuboku keçirilib.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirməsi Rauf Rəhimov yarışı medalla başa vurub. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz turnirin bürünc medalına layiq görülüb. O, yarımfinalda fransalı Ntambve Qaetana məğlub olub.