Xəbərlər

“Neftçi İdman Klubu” ilin son turnirini keçirdi

"Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında ilin son yarışını keçirdi. Mini-futbol idman növü üzrə təşkil olunan turnir 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdu. Yarışda 9 komanda qalib adı uğrunda mübarizə aparırdı. "A” qrupunda Ekologiya İdarəsi, SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti, "Bos Şelf” MMC, "Neftqaztikinti” Tresti, "Bahar Enerji” Əməliyyat Şirkəti, "B” qrupunda isə "Azneft” İstehsalat Birliyi, Nəqliyyat İdarəsi, "Suraxanı Oyl” Əməliyyat Şirkəti və "Qaz İxrac” İdarəsinin komandaları yer almışdılar.

Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman kompleksində keçirilən yarışda finala vəsiqəni "Suraxanı Oyl” və Nəqliyyat İdarəsinin komandaları qazandılar. Aşkar üstünlüyü ilə seçilən və rəqibini 7:1 hesabı ilə darmadağın edən  "Suraxanı Oyl” komandası mini-futbol turnirinin qalibi adını qazandı. Nəqliyyat İdarəsi 2-ci, "SOCAR Petroleum” komandası isə 3-cü yeri tutdu.

Klubumuz tərəfindən "ən yaxşı oyuncu”, "ən məhsuldar oyunçu” və "ən yaxşı qapıçı” nominasiyaları üzrə mükafatlar da təsis olunmuşdu. Bu mükafatlara müvafiq olaraq, Ehtiram Quliyev (Nəqliyyat İdarəsi), Ramin İsmayılov ("SOCAR Petroleum” QSC) və Gennadi Adamov ("Suraxanı Oyl” Əməliyyat Şirkəti) layiq görüldülər.

Sonda keçirilən mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. Onlara turnirdə fəal iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirən klub rəsmisi yarış iştirakçılarına qarşılamaqda olduğumuz yeni ildə uğurlar dilədi. Sonra o, qalib komandaları qələbə münasibətilə təbrik etdi.

Birinci, ikinci və üçüncü yerləri tutmuş komandalar "Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Nominasiya qaliblərinə də diplom və hədiyyələr təqdim olundu.

“Neftçi İdman Klubu” ilin son turnirini keçirdi“Neftçi İdman Klubu” ilin son turnirini keçirdi“Neftçi İdman Klubu” ilin son turnirini keçirdi