Xəbərlər


Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub

"Neftçi İdman Klubu”nun cüdoçusu, Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Çinin Quançjou şəhərində keçirilən "World Masters” turnirinin qalibi olub. Yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb. Cüdoçumuz həlledici final görüşündə kanadalı Artur Marjelidonu məğlubiyyətə uğradıb.