Xəbərlər


Cüdo üzrə paytaxt birinciliyi başa çatıb

"Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. Üç gün davam edən yarışda 56 klubdan 562 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçisi, 81 kiloqram çəki dərəcəsində çıxış edən Adil Adilzadə bütün rəqiblərinə qalib gələrək Bakı çempionluğunun sevincini yaşayıb.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.