Xəbərlər


Yeniyetmə boksçularımız 10 medala sahib olublar

Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr (2003-2004) arsında keçirilən boks üzrə turnir başa çatıb. Əməkdar məşqçi Süleyman Süleymanovun şərəfinə həsr olunmuş yarışda 275 idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun yeniyetmə boksçuları 5-i qızıl, 2-si gümüş, 3-ü isə bürünc olmaqla turnirin 10 medalını qazanıblar. Təmsilçilərimizdən 40 kiloqram çəki dərəcəsində çıxış edən Çingiz Əsgərov, Nihat Qurbanlı (42 kq), Səid Abdullayev (48 kq), Əli Ələsgərli (50 kq) və Rəmiş Cəfərov (75 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.