Xəbərlər


“Qaradağ Lökbatan” turnir cədvəlinə liderlik edən MOİK-i məğlub etdi

Bu gün Birinci Divizionda XIII turun oyunlarına yekun vurulub.

"Qaradağ Lökbatan” turnir cədvəlinə liderlik edən MOİK-lə üz-üzə gəlib. Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada gərgin idman mübarizəsi müşahidə olunub. İlk dəqiqələrdən üstünlüyü ələ alan futbolçularımız oyunun səkkizinci dəqiqəsində hesabı açıblar. Aqşin Muxtaroğlu adını tabloya yazdırıb. Birinci hissəyə əlavə olunmuş vaxtda (45+2) Aqşin Muxtaroğlu özünün və komandasının ikinci qoluna imza atıb – 2:0. Fasilədən sonra da tərəflər qarşılıqlı hücumları davam etdiriblər. Matçın 56-cı dəqiqəsində MOİK vurulan qollardan yalnız birinin əvəzini çıxa bilib. Rəqibin heyətində Məmməd Məmmədov fərqlənib – 2:1. Oyun elə bu hesabla da başa çatıb. Beləliklə, "Qaradağ Lökbatan” çətin rəqiblə qarşılaşmadan 3 xalla ayrılıb.

Bu hesab isə "Sumqayıt-2” komandasının işinə yarayıb. Belə ki, bu turda "Zirə-2” üzərində 4:0 hesablı qələbə qazanan komanda xallarının sayını 30-a çatdırıb və turnir cədvəlində liderliyi ələ keçirib.