Xəbərlər


Güllə atıcılarımız Ziya Bünyadovun xatirə turnirində

Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun xatirəsinə həsr olunmuş turnir keçirilib.

Klubumuzun yetirmələrindən Ruslan Lunyov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 581 xal toplayaraq bürünc medala yiyələnib.

Zərif cinsin nümayəndələri arasında eyni məsafəyə təşkil olunan yarışda (PTÇ-2) Nəzrin Abbaslı (550 xal) gümüş medala layiq görülüb. Fatimə Novruzova isə 544 xalla 3-cü yeri tutub.