Xəbərlər


Gənc taekvondoçularımızdan 2 medal

Respublika Boks Mərkəzində gənc taekvondoçular arsında Koreya səfirliyinin kuboku uğrunda turnir keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri də medallar uğrunda mübarizəyə qoşulublar. Gənc məşqçi Fərid Tağızadənin yetirmələri yarışda iki medala layiq görülüblər. 55 kiloqram çəki dərəcəsində çıxış edən Tulin Ələkbərova qızlar arasında rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə Əyyub Qasımov (63 kq) turnirin bürünc medalına sahib olub.

Gənc taekvondoçularımızdan 2 medalGənc taekvondoçularımızdan 2 medal