Xəbərlər


Boksçularımız respublika çempionatını 3 medalla başa vurublar

Noyabrın 26-da startı verilmiş kişilər arasında boks üzrə Azərbaycan çempionatına yekun vurulub. Respublika Boks Mərkəzində təşkil olunan yarışda 28 komandadan 138 idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun dəri əlcək ustaları ölkə çempionatının 3 medalına sahib olublar. Boksçularımızdan 81 kiloqram çəki dərəcəsində çıxış edən Rauf Rəhimov bütün döyüşləri qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıb. Mirmehdi Mehdizadə (52 kq) və Mətin Mehrəliyev (91 kq) isə yarışı 3-cü pillədə başa vurublar.