Xəbərlər


Eltac Səfərli “Baku Open” turnirinin qalibi olub

Bakıda keçirilən"Baku Open” beynəlxalq şahmat turniri başa çatıb. İsveçrə sistemi üzrə keçirilən yarışda Azərbaycanla yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 16-sı qrossmeyster olmaqla 156 şahmatçı mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçisi Eltac Səfərli yarışda böyük uğura imza atıb. Belə ki, şahmatçımız 9 mümkün xaldan 7,5-ni toplayaraq mötəbər turnirin qalibi adını qazanıb.