Xəbərlər


“Qaradağ Lökbatan” minimal hesabla qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan çempionatının I Divizionunda XII tura üç oyunla start verilib.

"Qaradağ Lökbatan” Qaradağ Təlim-İdman Bazasının stadionunda "Qarabağ-2” komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun daha çox tərəflərin qarşılıqlı hücumu ilə müşayiət olunub. Buna baxmayaraq, futbolçularımız nümayiş etdirdikləri əzmkarlıq sayəsində tədricən üstünlüyü ələ almağa müvəffəq olublar. Matçın 31-ci dəqiqəsində Bəhruz Teymurov komandamızın və qarşılaşmanın yeganə qoluna imza atıb – 1:0. Bununla da "Qaradağ Lökbatan” növbəti 3 xalını qazanıb.