Xəbərlər


Samboçularımızdan 17 medal

Abşeron Olimpiya İdman Kompleksində sambo üzrə açıq Bakı çempionatına yekun vurulub.

Doqquz çəki dərəcəsi üzrə keçirilən yarışda "Neftçi İdman Klubu”nun samboçuları uğurla çıxış ediblər. Belə ki, təmsilçilərimiz çempionatın 9 qızıl, 4 gümüş və 4 bürünc medalına sahib olublar. İdmançılarımızdan Nurlan İsmayılov (52 kq), Mehman Mehdizadə (57 kq), Əkbər Qarayev (62 kq), Fuad Məmmədov (68 kq), Heydər Həşimov (74 kq), Nicat Orucov (82 kq), Qurban Qurbanov (90 kq), Məhərrəm Zeynalov (100 kq) və Nadir Hüseynov (+100 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.