Xəbərlər


Atıcılarımız Tbilisidən medallarla döndülər

"Neftçi İdman Klubu”nun yetirmələri Gürcüstanın paytaxtı Tbilisidə Şota Kvaraşvilinin xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə beynəlxalq  turnirdə mübarizə aparıblar.    

İdmançılarımızdan Ruslan Lunyov 10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) 575 xal toplayaraq turnirin qalibi adını qazanıb. Vladislav Kalmıkov isə 552 xalla yeniyetmələr arasında gümüş medala layiq görülüb.

Təmsilçilərimiz güllə atıcılığı üzrə keçirilən Tbilisi kuboku uğrunda yarışda da bacarıqlarını nümayiş etdiriblər. Bu turnirdə də Ruslan Lunyov eyni növdə (575 xal) qızıl medala sahib olub. Vladislav Kalmıkov isə yenə eyni xalı toplasa da, bu dəfə 3-cü pillədə qərarlaşıb.