Xəbərlər


Qılıncoynadanımız dünya kubokunun bürünc medalına sahib olub

"Neftçi İdman Klubu”nun təmsilçisi Cavanşir Ağakişiyev İranın paytaxtı Tehranda gənclər arasında keçirilən qılıncoynatmanın sablya növü üzrə dünya kuboku yarışlarında bürünc medala yiyələnib.

Qrupda keçirdiyi altı  görüşdən dördündə qələbə qazanan idmançımız 1/16 finalda qazaxıstanlı Bakdaulet Kuralbekuli, 8/1 finalda türkiyəli Umut Kaya, 4/1 finalda isə Honkonq idmançısı Zau Jia Jin Kelvin Rey üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bununla da dünya kubokunun bürünc medalını təmin edən sablyaçımız bu mərhələdə belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə məğlubiyyətə uğrayıb.