Xəbərlər


“Qaradağ Lökbatan”dan böyükhesablı qələbə

Birinci Divizionda XI turun oyunlarına start verilib.

"Qaradağ Lökbatan” bu turda "Ağsu” komandasının qonağı olub. Ağsu şəhər stadionunda keçirilən oyundan komandamız 4:0 hesablı qələbə ilə ayrılıb. Əvvəldən axıra qədər "Qaradağ Lökbatan”ın üstünlüyü şəraitində davam edən qarşılaşmada futbolçularımızdan Tofiq Mikayılov (31, 80), Bəhruz Teymurov (78) və Niyazi Qasımzadə (90) fərqlənib.