Xəbərlər


Cüdoçularımız respublika çempionatının qalibi oldular

Cüdoçularımız respublika çempionatının  qalibi oldular

Bakı İdman Sarayında kişilər və qadınlar arasında keçirilən  cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışda 56 komandadan 500-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun cüdoçuları çempionatda əzmkarlıq nümayiş etdirərək 25 medala (5 qızıl, 10 gümüş, 10 bürünc) sahib olublar. Təmsilçilərimizdən 60 kiloqram çəkidə çıxış edən Orxan Səfərov, Rüfət Məmmədov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Şahin Qəhrəmanov (+100 kq) və Leyla Əliyeva (48 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionu adını qazanıblar.

 

Qeyd edək ki, "Neftçi İdman Klubu” ümumi komanda hesabında birinci yeri tutub.

 Qalib və mükafatçı komandaların nümayəndələrinə kubokları klubumuzun idman və sağlamlıq məsələləri üzrə baş meneceri, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təqdim edib.