Xəbərlər


İdmançılarımız səmti müəyyənetmə yarışında 3 medal əldə ediblər

"Dağçılıq” İdman Klubu”nun səmti müəyyənetmə idman növü üzrə açıq birinciliyi keçirilib. Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında təşkil olunan yarışda 50-yə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

"Neftçi İdman Klubu”nun təmsilçiləri də turnirdə bacarıqlarını nümayiş etdiriblər. İdmançılarımızdan Vladislav Tuzov kişilər arasında qalib adını qazanıb. Gennadi Klim isə üçüncü yeri tutub. Zərif cinsin nümayəndələri arasında keçirilən  yarışda Anna Kamayeva gümüş medala layiq görülüb.