Xəbərlər


İslam Abbasov dünya çempionatında bürünc medala layiq görülüb

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer almış yunan-Roma güləşçisi İslam Abbasov böyük əzmkarlıq nümayiş etdirərək mötəbər turnirin bürünc medalına sahib olub. 87 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan pəhləvanımız Yaponiya və Gürcüstan təmsilçiləri üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı rəqibinə məğlub olan  güləşçimiz Misir təmsilçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. O, ilk hissəni 0:3 geridə başa vursa da, ikinci hissədə sona yarım dəqiqə qalmış hesabı bərabərləşdirməyə müvəffəq olub. Beləliklə, sonuncu xal prinsipinə əsasən, idmançımız çempionatın  bürünc medalına layiq görülüb.

Qeyd edək ki, ötən il keçirilən U-23 dünya çempionatında da İslam Abbasov eyni uğura imza atmışdı.

İslam Abbasov dünya çempionatında  bürünc medala layiq görülüb