Xəbərlər


Samboçumuz dünya ikincisi oldu

"Neftçi İdman Klubu”nun təmsilçisi  Emin Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında böyük uğura imza atıb. Belə ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən samboçumuz əzmlə mübarizə apararaq 80-dən çox ölkənin qatıldığı mundialın  gümüş medalına sahib olub.

Qeyd edək ki, dünya çempionatı həm də ikinci Avropa Oyunlarına lisenziya xalları verir.