Xəbərlər


Cüdoçularımız Daşkənddə böyük uğura imza atıblar

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Qran pri” beynəlxalq turnirinə yekun vurulub. Yarışda dünyanın 47 ölkəsindən 349 idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycan millisi  turnirdə 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunub.

 Yığmamız mötəbər turnirin 4 medalına (3 qızıl, 1 bürünc) sahib olub ki, onların da hamısını ölkəmizə "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıblar. Cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Daşkənd "Qran pri”sinin qızıl medalına yiyələniblər. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə isə  bürünc medalla kifayətlənib.