Xəbərlər


Yunan-Roma güləşçilərimiz paytaxt çempionatında

Hövsan Olimpiya İdman Kompleksində böyüklər arasında yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilib.

"Neftçi İdman Klubu”nun təmsilçiləri yarışın 7 medalına (3 qızıl, 1 gümüş, 3 bürünc) sahib olublar. Pəhləvanlarımızdan 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Mirzəliyev, Elcan Məmmədov (72 kq) və Tuncay Vəzirzadə (82 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasından məğlub ayrılan Elməddin Ramazanov (87 kq) gümüş medala layiq görülüb. Digər güləşçilərimiz – Elvin Mustafayev (63 kq), Emin Zəkiyev (67 kq) və Eltun Əzimli (87 kq) isə paytaxt çempionatının bürünc medalına yiyələniblər.