Xəbərlər


Klubumuzun velosipedçisi Federasiya Kubokunun qalibi oldu

Respublika Velotrekində mövsümün trek növü üzrə sonuncu sınağı – Federasiya Kuboku yarışı keçirilib. Yarışda klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-ə yaxın idmançısı 5 növdə bacarığını nümayiş etdirib.

Elit, U-23 və gənc oğlanların eyni qrupda mübarizə apardığı keyrin yarışlarında "Neftçi İdman Klubu”nun təmsilçisi Mahmud Məmmədov 1  kilometr məsafəyə fərdi ötüşmədə birinci yeri tutub.