Xəbərlər


“Qaradağ Lökbatan” növbəti 3 xalını qazanıb

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda IX turun oyunları keçirilib.

"Qaradağ Lökbatan” bu turda "Sumqayıt-2” komandasının qonağı olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşma komandamızın 2:1 hesablı qələbəsiylə başa çatıb. Matçın 26-cı dəqiqəsində Baxşəli Baxşəliyevin vurduğu qolla rəqib önə keçib. Birinci hissənin qurtarmasına dörd dəqiqə qalmış tutbolçumuz Camal Camalov hesaba tarazlıq gətirib – 1:1. Fasilədən sonra komandamız ona üç xalı qazandıracaq qola imza atıb. Oyunun 87-ci dəqiqəsində Rövşən Şahmuradov adını tabloya yazdırıb – 2:1. Qarşılaşmaya elə bu hesabla da yekun vurulub və komandamız növbəti üç xalını qazanıb.