Xəbərlər


Neftçinin futzalçıları Azərbaycan Kubokunun finalında

Futzal üzrə Azərbaycan kubokunun finalçıları məlum olub. Yarımfinal mərhələsinin ən maraqlı görüşü "Neftçi" və "Xəzər Adaları" komandaları arasında baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada "Neftçi" Azərbaycan çempionatının sonuncu qalibini 8-4 hesabı ilə məğlub edib. Komandamız Azərbaycan kubokunun həll edici matçında "Fənərbaxça" klubu ilə görüşəcək. Oyun may ayının 17-də keçiriləcək.
Neftçinin futzalçıları Azərbaycan Kubokunun finalında