Xəbərlər


Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublar

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. 62 ölkədən 346 (214 kişi, 132 qadın) cüdoçunun qatıldığı mötəbər turnirdə Azərbaycan millisi 1 gümüş, 2 bürünc medala sahib olub.

Sevindirici haldır ki, hər üç medalı ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçuları qazandırıblar. Təmsilçilərimizdən 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov özbəkistanlı Aklmurodbek Xudoyberdıyevə, Rusiya təmsilçisi Ashad Kostoyevə və Portuqaliya idmançısı Xorxe Fonsekə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə israilli cüdoçu Peter Palçikə məğlub olan Elmar Qasımov gümüş medala yiyələnib.

Bu çəkidə mükafata layiq yer tutan cüdoçulara medalları "Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib.

Klubun digər yetirmələri Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə yarışı bürünc medalla başa vurublar.

Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublarCüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublarCüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublarCüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublar
Cüdoçularımız “Böyük dəbilqə” turnirində 3 medala sahib olublar