Xəbərlər


Rəsul Çunayev dünya çempionatının bürünc medalına sahib olub

"Neftçi İdman Klubu”nun yetirməsi, dünya çempionuRəsul ÇunayevMacarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanıb.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan idmançımız ardıcıl olaraq yapon və iranlı güləşçilərə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ikiqat dünya çempionu olmuş Almaniya təmsilçisi Frank Steblerə məğlub olan pəhləvanımız bürünc medal uğrunda görüşə çıxıb. Qarşılaşmada rusiyalı rəqibi Abuiazid Mantsiqovla gərgin keçən mübarizədə inamlı qələbə qazanan Rəsul Çunayev dünya üçüncüsü olub.