Xəbərlər


Paytaxt çempionatı başa çatıb

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatının startı verilib. İki gün davam edən yarışa bu gün yekun vurulub.

Klubumuzun cüdoçuları yarışın sonuncu günündə daha 5 medal əldə ediblər. Onlardan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmin Hüseynov rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final görüşündə məğlubiyyət acısı yaşayan Əli Nuriyev (73 kq) gümüş medala layiq görülüb. Mövlud Bayramov (73 kq), Zaur Həsənov (90 kq) və Cabir Ağazadə (+100 kq) isə paytaxt çempionatını 3-cü yerdə başa vurublar.

Xatırladaq ki, çempionatın ilk günündə klubumuzun təmsilçiləri daha 5 medala (1 qızıl, 1 gümüş, 3 bürünc) sahib olmuşdular.

Qeyd edək ki, yarışda 23 komandadan 253 cüdoçu (221 kişi, 32 qadın) qalib adı uğrunda mübarizə aparırdı.