Xəbərlər


Cüdo üzrə Bakı çempionatına start verilib

"Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatı start götürüb. Yarışda 23 komandadan 253 cüdoçu (221 kişi, 32 qadın) qalib adı uğrunda mübarizəyə qoşulub.

"Neftçi İdman Klubu”nun yetirmələri çempionatın ilk günündə 5 medala sahib olublar. Kişilər arasında 66 kiloqram çəkidə çıxış edən Xəyal Sadıqov və Orxan Quliyev (81 kq) bürünc medal qazanıblar. Zəriflərin yarışında Şəfəq Məmmədova (57 kq) bütün rəqiblərini məğlub edərək çempionatın qalibi adına yiyələnib. Aytac Quluzadə (48 kq) gümüş, Ülviyyə Bayramova (57 kq) isə bürünc medala layiq görülüb.